воскресенье, 22 апреля 2012 г.

           

         

         TƏBİƏTİMİZİ SEVƏK VƏ QORUYAQ!!!

Bizim yaşadığımız dünya çox gözəldir.O həm də əsrarəngiz və maraqlıdır.Biz zəngin və füsunkar bitkilər aləmin,vəhşi heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysız-hesabsız canlılar əhatəsindəyik.Əslində Yer kürəsi adlandırdığımız planetin məzmunu da elə ən şüurlu və ən ali varlıqları olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasıdır.Dünyamızın sabahı və gələcəyi bu vəhdətdən və bu vəhdətin əzəli və əbədi tarazlığından aslıdır.Bu harmoniyanın bu tarazlığın pozulması dünyanı fəlakətə sürükləyə bilər,bütün bəşəriyyəti ,dünyanı məhv edə bilər.Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı,planetimizin bitki örtüyünü -onun florasını və canlılar aləmini -onun faunasını qorumalıyıq.


                                                                   
 Təbiət materiyanın bir hissəsidir:qaz,maye və bərk halda olur.Yer planetinin təbəti iki hissədən ibarətdir:daxili və xarici (ətraf) mühit.Daxili mühiti biologiya ,təbabət və başqa elmlər öyrənir.Ətraf mühitin orqanizmlə qarşılıqlı əlaqəsini ekologiya öyrənir.Yunan dilində "Oykos" -ev,daxma,"loqos"-elm demekdir.Ekologiyanın inkşafı -təbiətimizin inkşafıdır.

 ƏTRAFIMIZI BÜRÜYƏN TƏHLÜKƏDƏN          XƏBƏRDARIQMI?!

Dünya əhalisinin 40%i ətraf muhitin çirklənməsindən həyatını itirir. Əsaslı məlumatlara görə -Kornell universitetinin mətbuatında xəbər verilir ki,su,hava, torpağın. ekoloji problemləri- əhalinin sürətlə artımı ilə birlikdə xəstəliklərin sayının artmasına gətirib çıxarır.Professor Devid Paymentel bir qurup aspirantla “Demoqrafik və ekoloji faktorların- xəstəliklərin yayılmasına təsiri”nə həsr olunmuş 120-yə yaxın çap olunmuş işləri analiz edərək bu nəticəyə gəlmişdir. Bu dəhşətli nəticələrə əsasən:aclıqdan ildə 6 milyon uşaq ölür,bundan başqa,tam qidalanmama orqanizmi zəiflədir ki, bu da dolayısı olaraq kəskin resperator xəstəliklər,malyariya və digər xəstəliklər nəticəsində ölümə səbəb olur.57% dünya əhalisi ( 6,5 milyard insan ) aclıqdan əziyyət çəkir.(1950 -ci ildə bu rəqəm 2,5milyard əhalidən 20% idi).Şəhərlərdə sanitar normalara tez-tez əməl olunmur və burada əhalinin sıxlığı da yüksəkdir ki, bu da qızılca və qrip kimi xəstəliklərin  yayılmasına səbəb olur.Dunya əhalisinin təxminən yarısı şəhərlərdə yaşayır.Suyun çirklənməsi malyariya ağcaqanadlarının çoxalmasına şərait yaradır ki,bu səbəbdən də ildə 2 milyona yaxın insan ölür.80% infeksion xəstəliklər su ilə yayıldığından milyardlarla insan təmiz su ilə bağlı problem yaşayır.Torpağın çirklənməsi zəhərləyici maddələrin qida və su ilə insan orqanizminə daxil olmasına səbəb olur.Zəhərli tullantıların atmosferə buraxılaraq havanın çirkləndirilməsi xərçəngə,anadangəlmə patologiyalara,immun sistemin işinin pozulmasina gətirib cıxarır,bu isə ildə 3 milyona yaxın insanın ölümünə səbəb olur.Biz hamımız ətraf mühitin çirklənməsindən əziyyət çəkirik,bu göstəriciləri azalda bilməsək belə onların artmasının qarşısını almaq üçün səy göstərməliyik.

   MEŞƏLƏRİN HƏYATIMIZDAKI ROLU....

Biz təbiətin kiçik bir parçasıyıq.Bizim yaşayışımız da,sağlamlığımız da onunla bağlıdır.Təbiətin ayrılmaz hissələrindən biri meşələrdir.Bioloji cəhətdən öz inkşafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın,suyun,ağac,kol,ot bitkilərinin heyvanat aləminin ,mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Yer kürəsinin ən qiymətli milli təbii sərvəti hesab olunur.
Almanlar meşələrə çox mənalı və müasir səslənən bir ad veriblər:"Yaşıl ciyər".İnsana yaşıllıq,çörək lazımdır.Həm də çörəksiz yalnız insan məhv olduğu halda,yaşıllıqsız ,meşələrsiz təkcə insanlar deyil,başqa canlılar da yaşaya bilməz.Meşələr bizim sərvətimiz ,var-dövlətimizdir.Meşələr bizim məişətimizin bir hissəsidir.Yaşıllıq əhatəsində insanı işıqlı fikirlər öz ağuşuna alır,xoş əhval -ruhiyyə qurub yaratmaq eşqi güclənir.Məlum həqiqətdir ki,meşələri-Yer kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür etməsək ,demək ,bəşər də yoxdur.

              TƏBİƏTDƏ TƏSADÜFLƏR VARMI?!

XX əsrin ortalarında hakim görüş həyatın inanılmaz dərəcədə kiçik bir ehtimalla şans əsəri başladığıydı.Bu görüşü 1954-cü ildə Scientific American jurnalında Harvard, biyokimyagər Corc Valdın yazdığı bir məqalədə nəzərə çarpacaq bir şəkildə dilə gətirdi. Vald canlı orqanizm qədər kompleks bir şeyin özbaşına ortaya çıxışının qeyri-mümkün olduğunu etiraf etmiş, amma belə statistik möcüzələrin mümkün və hətta kafi zamanda ola biləcək olduğunu israrla dilə gətirmişdir.Bu işin ola bilməsi üçün iki milyard ilin çatacağını təxmin etmiş və bu zaman keçidində "qeyri-mümkünün mümkün ola biləcəyini və ola biləcəyin də həqiqətən qəti olacağı" fikrini müdafiə etmişdi..Sadəcə istəyə çatmaqçün gözləmək lazımdı, zamanın özü möcüzələr həyata keçirir. Tələb olunan hər şeyin şans və vaxt olduğu şəklindəki Valdın fikiri indilərdə də rəğbət qazanmamaqdadır.Günümüzün hakim fikiri, ən əhatəli şəkildə, Nobel mükafatı sahibi Christian De Duvenin 1995-ci ildə yazdığı kitabda dilə gətirilmişdir: Vital Dust:” Life as a Cosmic imperative”. De Duve həyatın şans əsəri deyil də, hər birinin uyğun şərtlərdə xeyli ehtimalı olan qanuna söykənən kimyəvi addımların məhsulu olduğunu müdafiə etməkdədir.Həyatı dəstəkləyən qanunlara bağlılıq, həyatın mənşəyinin, başqa yerdə olması heç mümkün olmayan əcaib bir hadisə olduğu fikirindən uzaqlaşıb, həyatın da başlanğıcdan kainata görə proqramlaşdırıldığı fikrinə doğru nəhəng bir addımdır.Davies də bu addıma yoldaşlıq etməkdədir.George Valdın mövqeyi, bu vəziyyətdə gündəmdən düşür, çünki ən sadə həyat tərzi (bilinən hər hansı bir orqanizmdə çox daha sadə olanı) elə mürəkkəbdir ki, təsadüfən öz-özünə meydana gəlmə, milyardlarla il içində təcrübədə belə qeyri-mümkündür.

  YER GÜNÜ

Yer günü (Earth day) yazda  yer planetindəki incə və həssas ətraf mühitə  qarşı insanların diqqətini cəlb etmək üçün keçrilən bir sıra müxtəlif  fəaliyyətləri nəzərdə tutur .Yer günü bu bir vətəndaş təşəbbüsüdür.
Bura müxtəlif insan qurupları orqanları aiddir.Yer günü 2 əsas vaxtda   keçrilir: martda yaz gecə-gündüz bərabərliyində və aprelin 22-də...
Yer günü ilk dəfə ABŞ-da 1970-ci ildə aprelin 22-də aksiya şəklində keçrilib,o dövürdən də müntəzəm xarakter alıb aktiv şəkildə keçrilir.ABŞ-da ətraf mühitin qorunması barədə bir sıra qanunlar və aktlar qəbul olunur.Buna misal təmiz hava haqqında məşhur aktdır.                            
2009-cu ildə  BMT  22 aprelin dünya günü kimi qeyd olunmasını elan etdi.
Dünyada planeti idarə edən dövlət yoxdur.Ona görə də dünya bayrağı rəsmi rəmz  deyil.Bu bayraq yer kürəsini “Apollon-17”-nin astronoftlarının aya səyahəti zamanı  çəkilmiş ağ-qara şəkildən ibarətdir.Yer günü rəmzi isə ağ fonda yaşıl rəngli yunan hərfi Θ(Teta)-dır.
Bu gün də müxtəlif ölkələrdə adətə görə zınqırovlar səsləndirilir.Bu zəng insanları birliyə,sülhə,bizim ümumi evimiz olan Planetin gözəlliyini qorumağa çağırır.                                                                    


                                                                                     

                                    

Azərbaycan təbiəti haqqında ümumi məlumat 

         Azərbaycanın təbiəti – Azərbaycan Respublikasının tarixi-coğrafi mövqeyi, relyefi, su hövzələri, flora və faunasını əhatə edir..

Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır.Antik müəlliflər Herodot ,Polibi, Strabon, Klavdi,Ptolomey  və b. öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, çayları, yaşayış məntəqələri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi, onun heç bir dənizlə əlaqəsi olmaması və s. haqqında məlumtalar vermişlər. Daha sonralar ərəb coğrafiyaşünasları və səyyahlarından İbn Xordadbeh, Əbu-İshaq İstəxri , Azərbaycan alimi Məhəmməd Naxçıvani , İran alimi Rəşidəddin Fəzlullah  və b. əsərlərində Azərbaycanın iqtisadiyyatı, inzibati bölgüsü, dağ və çayları, şəhərləri, onların arasındakı məsafələr, ticarət yolları və s. haqqında yazmışlar. Alban (Qafqaz) tarixçisi Musa Kalankatlı  "Alban tarixi" əsərində Albaniyanı şöhrətli, təbiəti zəngin və əhalisi çox olan ölkə kimi təsvir etmiş, orada çoxlu məhsuldar torpaqların, gözəl bağların və yaşıl çöllərin olmasını göstərmişdir. Venesiyalı F.Mauronun dünya xəritəsində , Əlşərifin , alman alimi və səyyahı A.Olearinin  xəritələrində, həmçinin I Pyotrun tapşırığı ilə tərtib olunmuş və 1723-cü ildə nəşr edilmiş "Şərqi Zaqafqaziya və Xəzər dənizi" xəritəsində Azərbaycanın yaşayış məntəqələri, gölləri, çayları və s. göstərilmişdir.
Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi Azərbaycanın iqlimi, Bakının təbiəti və burada neft çıxarılması, Hacı Zeynalabdin Şirvani və Abbasqulu ağa Bakıxanov Azərbaycanın coğrafiyası haqqında fikir söyləmişlər.
Azərbaycan ərazisinin öyrənilməsində həmçinin V.Abix, İ.Fiqurovski, A.Zaxarov və başqalarının xidməti olmuşdur.
Azərbaycan Respublikasının ərazisinin kompleks tədqiqinə isə Sovet hakimiyyəti illərində başlanmış, müxtəlif miqyaslı xəritələr tərtib edilmiş, samballı coğrafi atlaslar yaradılmışdır. Respublika ərazisinin hərtərəfli öyrənilməsində Azərbaycan Milli Elmlər Akademiyasının rolu böyükdür.
Qədim Azərbaycan torpağı Ön Asiyada yerləşir və Qafqaz dağlarının cənub-şərq hissəsindən Urmiya gölünün cənub və cənub-şərqindəki dağlıq ərazilərə qədər olan sahələri əhatə edir. Onun sahəsi 200 min kvadrat km-dən artıqdır.Azərbaycan bütövlükdə şimal yarımkürəsində yerləşir. İspaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya təqribən Azərbaycanla eyni coğrafi enlikdədir. Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühim beynəlxalq əhəmiyyətli yollar Azərbaycan ərazisindən keçir.Respublikanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə isə 500 km məsafədə uzanır, 38°25' - 41°55', şimal enliklər və 44°50' - 50°51' şərq uzunluqları arasında yerləşir.



       
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən!
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
                              Azərbaycan, Azərbaycan!                              
                                             
Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır;
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.


Sıra dağlar, gen dərələr,
Ürək açan mənzərələr…
Ceyran qaçar, cüyür mələr,
Nə çoxdur oylağın sənin!
Aranın, yaylağın sənin


 Sarı sünbül bizim çörək,
 Pambığımız çiçək-çiçək,
 Hər üzümdən bir şirə çək
 Səhər-səhər acqarına,
Qüvvət olsun qollarına.
   
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan;
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.


Ölməz könül, ölməz əsər,
Nizamilər, Füzulilər!
Əlin qələm, sinən dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır.
      
Bir dön bizim Bakıya bax,
Sahilləri çıraq-çıraq,
Buruqların hayqıraraq
Nərə salır boz çöllərə,
Işıqlanır hər dağ, dərə


Gözəl Vətən! O gün ki, sən
Al bayraqlı bir səhərdən
Ilham aldın… yarandım mən.
Gülür torpaq, gülür insan
Qoca Şərqin qapısısan!
                                                              Səməd Vurğun...