AFORİZMLƏR VƏ HİKMƏTLİ SÖZLƏR....
İki şey həyatımızı qaraldar:
Susacaqkən danışmaq, danışacaqkən susmaq ─ Sədi
Yarasa sevmirsə nurlu günəşi,
Günəşin əskilməz bundan atəşi. ─Sədi
Günəşin əskilməz bundan atəşi. ─Sədi
Biliklə artsaydı insanın varı
Acından ölərdi aləmdə nadan.
Qanmaza o qədər dövlət çatır ki,
Qalır bu əmələ yüz alim heyran. . ─Sədi
Torpağa mərhəmət xeyirdir inan,
Lütf etsən gül verər,zülm etsən tikan. ─N.Gəncəvi
Pis,yaxşı nəyin var ,demək malındır,
Lakin sənə vacib öz kamalındır. ─N.Gəncəvi
Comərdliyə güvənsən də,sadiq sanma sirdaşları,
Paxıllıqdan nələr etdi gör Yusifə qardaşları. ─M.Füzuli
Əqrəbə bal verib,yedirtsən şəkər,
Məhsulu yenə də olacaq zəhər. ─B.Büzürgümehr
Can deməklə candan can can əskik olmaz,
Məhəbbət artırar,mehriban eylər.
Çor deməyin dəfi nədi dünyada ?
Abad könülləri pərişan eylər. ─Aşıq Ələsgər
Ağlın az olsun,amma özününkü olsun. ─M.Qorki
Həyata keçməyən yüksək məqsədlər,həyata keçmiş alçaq niyyətlərdən qiymətlidir. ─Höte
İnsan bütün başqa varlıqlardan gülmək istedadı ilə seçilir─C.Addis
Şərab başa çıxanda ,ağıl qədəhə düşər ─Alman atalar sözü.
Qadın var arpa unun aş elər,
Qadın da var buğda unun daş elər. ─Türk atalar sözü
Uşagı həddindən artıq əzizləmək onu fəlakətə hazırlamaq deməkdir. ─Çin atalar sözü
Axmaq cavan arvadıyla fəxr edər,ağıllı doğma anasıyla. ─Rus atalar sözü
Ağıllıya məsləhət verərkən təşəkkür edər ,axmağa məsləhət verərkən gülməyi gələr. ─Başqırd atalar sözü
Kişini evdə uşaqlar deyil, arvadın kamilliyi saxlar. ─Madaqaskar atalr sözü
Bir qadın sizi milyoner edə bilər, əgər miylardersəniz. — Bob Dilan
Özümə yalan danışmağa başladığımdan bəri heç kimə inanmıram. — Oskar Uayld
Sən verdikcə dost görünən çox olar. Bir də sən istə gör; Hamısı birdən yox olar. — Mövlana Cəlaləddin Rumi
Uşaqkən; hər şeyin sahibi olmaq üçün böyümək istəyirdik. Böyüdük; indi hər şeydən uzaq olmaq üçün həmişə uşaq qalmaq istəyirik. — Paulo Koelyo
Yoruldum; ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum; dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən. — Maksim Qorki
Dost kimi görünən yaltaqlar, fərqli olmağa çalışan sadə insanlar, arxamızdan qurulan oyunlar.. qayda həmişə eynidir: Gül və keç. — Duqlas Noel Adams
Xoşbəxt adamın bədbəxtə ağıl dərsi verməsindən asan nə ola bilər?- Esxil
Yol kəsənlər Quranı oxuyub öyrəndikdən sonra yol göstərənlər oldular. -Məhəmməd İqbal (Pakistan şairi)
Qadın muharibə üçün bəhanə, cinayət üçün səbəbdir.-Viktor Hugo
Комментариев нет:
Отправить комментарий