EKOLOJİ PROBLEMLƏR

         HANSI EKOLOJİ PROBLEMLƏRLƏ              TANIŞIQ???


Ətraf mühitin çirklənməsi bir nömrəli ekoloji problem hesab olunur.İnsanların sağlamlıq tempinin aşağı düşməsi dayanmır.Son illər kişilərin orta ömrü 68 il təşkil edir.Hər yeni doğulmuşdan onuncusu əqli cəhətdən geri qalmış və yaxud da fiziki cəhətdən qüsurlu uşaqlardır.Bütün bunlar genetik səviyyədə pozulma nəticəsində baş verir.Bəzi regionlarda bu göstərici bir neçə dəfə yüksəkdir.Ölkələrin sənaye rayonlarının əhalisinin əksəriyyəti immun çatışmazlığından əziyyət çəkir.
Dünyanın ekoloji problemləri onun hər bir sakinini narahat etməlidir.Bunlar aşağıdakılardı:
1.İstixana effektinin güclənməsi ,alçaq konsentrasiyalı qazların və aerozolların buraxılması planetin iqliminin dəyişməsinə gətirib çıxarır.
2.Yaxın kosmik fəzanın çirkləndirilməsi
3.Atmosferin ikincili kimyəvi reaksiyaları nəticəsində əmələ gələn zəhərli və məhv edici təsirə malik maddələrlə çirkləndirirlməsi.
4.Yerin ozon qatının zəifləməsi nəticəsində Antarktida üzərində böyük ozon dəliyinin və digər regionlar üzərində kiçik ozon dəliyinin əmələ gəlməsinə səbəb olur.
Nəqliyyatın və digər əlaqə vasitələrinin inkşafı müasir dünyanın bütövlüyünə daha çox zəmin yaradır.Ayrılıqda bir ölkədə baş verən hadisələr yaxın ölkələrlə bərabər bütün bəşəriyyətə təsir edir.Bəşəriyyətin gələcək inkşafı onun siyasi xarakterli (müharibə və sülh,insan hüquqları,irqçilik ,millətçilik) ekonomik (ekonomik krizlər) və ekoloji xarakterli (təbii resursların tükənməsi ,ətraf mühitin qorunması )problemləri necə həll edəcəyindən aslıdır.
Radioaktiv çirklənmə digər çirklənmələrdən əhəmiyyətli dərəcə də fərqlənir.Radioaktiv nuklidləri qısa dalğalı şüalar və doymuş hissəciklər buraxan qeyri-sabit kimyəvi elementlərin növləri təşkil edir.Doymuş hissəciklər insan orqanizminin hüceyrələrini dağıdır ki,bunun nəticəsində bir sıra xəstəliklər meydana çıxır,o cümlədən, şüa xəstəliyi.Biosferdə bir çox təbii radioaktiv mənbələr var ki,insan digər canlı orqanizmlərlə bu şüalanmaya məruz qalır.Bu şüalanma kosmik mənşəlli şüalar hesabaına baş verir.
Ətraf mühitin çirklənmə növləri təbii mühitin ,suyun ,havanın torpağın zəhərli maddələrlə çirklənməsinin nəticəsidir ki,bu da bütün canlıların həyatına və sağlamlığına mənfi təsir edir.
Suyun çirklənməsi göllərə,çaylara və yeraltı su mənbələrinə çirkləndirici maddələrin daxil olması nəticəsində baş verir
Biz hər birimiz öz təbiətimizin sahibiyik.Təbiət böyük bir xəzinədir.Balıqlara su ,quşlara hava,heyvanlara dağlar.dərələr,meşələr ,insanasa əlbəttə ki,təbiət bütövlükdə lazımdır.Buna görə də bizim başlıca məqsədimiz təbiəti qorumaq və müdafiə etməkdir. 

                                                       

Meşələr dünyanın bəzəyi və üzüdür,buradan biz həm oduncaq əldə edirik,həm də hava oksigenlə zənginləşir.Həmçinin müxtəlif heyvan və quşlar burada yaşayır.Meşələr qanun qoruması altındadır.Lakin bəzi insanların məsuliyyətsizliyi ucbatından meşələr qırılır,buna görə də ilk növbədə insanları maarifləndirmək lazımdır.:
I.Ekosistem yanaşmada ekoloq ilk növbədə ekosistemi təşkil edən abiotik bioloji varlıqlar arasındakı maddələr və enerji mübadiləsinə diqqət ayırır.Xüsusilə də orqanizmlərin öz aralarında və fiziki mühit arasında olan funksional əlaqəsinə fikir verilir. Misal üçün qida zənciri.
II.Sinekoloji yanaşmada ekosistemin başında duran əsas biotik komponent olan icmalar öyrənilir.
Təbiəti qorumaq üçün təbii resursları qorumaq ,bərpa etmək və rasional istifadə etmək ;həmçinin zəngin flora və faunanı,atmosferin və suyun təmizliyini,yeraltı sərvətləri qorumaq lazımdır.
Su və torpaq sənaye və məişət tullantıları ilə çirkləndirilir.Tullantıların miqdarı ildə 100 milyard tona çatır.Bura neft məhsulları(bir neçə milyon ton),gübrələr (100 milyon ton),ağır metallar,pestisidlər ,radioaktiv tullantılar aiddir.
XX əsrə insanlar :” Biz təbiətdən mərhəmət gözləyə bilmərik,lazım olan hər şeyi götürmək bizim başlıca vəzifəmizdir”.-şüarı ilə qədəm qoydu.İnsan təbiəti öz konfortu üçün vəhşicəsinə ,bütün təbiət qanunlarını pozaraq istismar etdi .Lakin hər şeyə görə bu həyatda cavab vermək lazımdır.Və indi bəşəriyyət təbiətin amansız məhvinə görə cəzalanır.Dünyada ekoloji vəziyyət gündən-günə pisləşir və hər birimiz bunda iştirak edirik.

                                                         
                                                  

                              Atmosferin çirklənməsi.

Orta sərnişin avtomobili bir ildə öz çəkisi qədər karbon qazı yaradır.280 adda zərərli maddələr avtotransport tullantılarının tərkibinə daxildir Avropada 225 min insan zəhərli qazların törətdiyi xəstəliklərdən həyatını itirib.

                             Meşələr.

Hər il yer üzündən 11 milyon ha meşə silinir,meşələrin bərpası isə bundan 10 dəfə azdır.Böyük Britaniyada son 80 ildə meşələrin yarısı yox olub.2030-cı ildə tropik Amazon meşələrinin yarısı yoxa çıxacaq.

                         Böyük şəhərlər (Meqopolis).

Ümumdünya səhiyyə təşkilatı tərəfindən təyin olunmuş çirklənmənin yol verilən həddi pozulan şəhərlərin sayı 50%-dən çoxdur.Böyük şəhərlərin sakinləri ildə 48 kq kansorogen maddələri hava ilə udur.Böyük şəhərlərin sakinlərini orta ömrü kənddə yaşayan sakinlərə nisbətən 4 il azdır.”Milyonçu şəhərlər”in sayı XIX əsrin ortalarında 4; 1920-ci ildə 25; 1960-cı ildə 140;Hal-hazırda 300-dən çoxdur.

                       Şirin su. 

Son 40 il ərzində adam başına düşən su ehtiyatı 60 % azlıb.Önümüzdə gələn 25 il ərzində iki dəfə azalma olacaq.70-80% şirin su kənd təsərrüfatında istifadə nəticəsində itkiyə gedir.
884 milyon insan ,yəni hər 8-ci insan təhlükəsiz içməli sudan məhrumdur.Yalnız 1% şirin su (və ya dünyadakı bütün suyun 0,007% )heç bir təmizlənmə prosesi aparılmadan istifadə olunur.
Su yolu ilə yayılan xəstəliklərdən ildə 3 milyon adam həyatını itirir.
Şirin suların 70-80% kənd təsərrüfatında istifadə olunur.Son 100 ildə meyvə və tərəvəzlərdə vitamin və mikroelementlərin miqdarı 70%-ə enir.Səbəb torpaqların tükənməsi,genetik dəyişdirilmiş bitkilərin yetişdirilməsi və çirklənmədir.

                                                  Zibil.

Ekoloqların məlumatına görə bir nəfər bir gündə 0,5 kq zibil yaradır.Bu isə ilə 182,5 kq deməkdir.Kağızın təbii mühitdə parçalanmasına 10 il,konserv bankasına 90 il ,polietilen paketə 200 il,plastmasa 500il,şüşəyə 1000 il lazımdır.Meşədə kağız və ya polietilen paket atarkən bunları xatırlamaq lazımdır.Siqaret filtirinin parçalanmasına 5 ildən 15 ilə qədər vaxt lazımdır.Bu zaman ərzində ,o balığın,quşun və digər canlıların bədənində ola bilər.

                                                                            

                                    Qlobal istiləşmə.

XIX əsr ərzində temperatur 0,1 dərəcə artıb.XX əsrin son 10 illiyində bu rəqəm 0,3 dərəcəyə qədər yüksəlib.XXI əsrdə yüksəlmə artıb.2004cü ildə orta illik temperatur 0,5 dərəcə artıb.Avropa kontingentində isə 0,73 dərəcə artıb.Son 15 ildə havanın orta illik temperaturu 0,8 dərəcə artıb.2008 ci ildə Şərqi Avropada oktyabırda temperatur normanı 10-12 dərəcə ötdü.Əksinə nisbətən isti zonada yerləşən Qərbi Avropada isə tempratur 0 dərəcəyə düşdü,qar yağdı.Yüksələn temperatur təkcə buzlaqları əritmir,eyni zamanda torpaq qatını da çözür.Bu ona gətirib çıxarır ki,torpaq yumşalır.Bu da öz növbəsində onun qurluşunun və infrastrukturunun pozulmasına gətirib çıxarır.Həmçinin buzlaqların çözülməsi daşqına və selə gətirib çıxarır.
2003 cü ilin yayında Fransa da 40 dərəcədən yuxrı olan anomal istilərdə 12 min insan həyatını itirdi.

                              Buzlaqların əriməsi.

Tyan Şanda buzlaqlar 1955-ci ildən 1999-cu ilə qədər 33% azalıb.Alp dağlarının buzlarının 1/3 hissəsi əriyib.Afrikada ilk dəfə olaraq Klimancar dağının qarları tamamilə əridi.

                                Heyvanlar və bitkilər.

Son 50 il ərzində heyvan və bitki növlərinin 1/3 hissəsi azalıb.Avropada son 20 ildə 17 min növ yox olub.Hər il 30 min növ canlı orqanizm məhv olur.Aralıq dənizi flora və faunasının üçdə bir hissəsini itirib.1970-ci ildən planetimizdəki vəhşi heyvan və quşların sayı 25-30% azalıb.Hər il insan bütün heyvanların 1% ni məhv edir.Ekoloqlar balıq yemeyi məsləhət görmür.Səbəbsə dünya okeanının çirklənməsi,dəniz məhsullarının zəhərli maddələrlə,xüsusilə də ağır metallar və civə ilə zəngin olmasıdır. Bundan əlavə bütün dünyada həşəratlar :ağcaqanadlar,arılar məhv olur. 

                 


                                       

                                   

                          VƏ BUNLARIN NƏTİCƏSİ.....

Heyvanlardan fərqli olaraq insan yeganə varlıqdır ki,inanılmaz qəddarlıqla özü kimilərini öldürə bilir.Alimlər hesablayıb ki,son 6 min ildə insanlar 14513 müharibə yaşayıblar ki,bu zamanda 3640 milyon insan ölüb.Müharibə həmişə çox “bahalıdır”.II Dünya müharibəsinə I Dünya müharibəsinə sərf olunandan 10 dəfə çox xərc çəkilib.80-ci illərdə silahlanmaya 1trillion dollar xərc çəkilib.Bu isə bütün ölkələrin tibbə,təhsilə, yaşayışa,ekologiyaya sərf etdiyindən qat-qat çoxdur.Görünür Nils Borun nə vxatsa dedikləri həyata keçməyə başlayır:”Bəşəriyyət atom qarabasmasından məhv olmayacaq .lakin öz tullantılarında boğulacaq.”                






Комментариев нет: