CANLILAR ALƏMİNƏ SƏYAHƏT




Hazırda dünyada 15 milyondan çox canlı növlər mövcuddur və hər gün onların yüzə yaxını bərpa olmadan məhv olur,onların məhv olması bir çox hallarda hiss olunmur.Lakin,bəşəriyyətə belə itkilərdən olduqca böyük ziyan dəyir.Yer kürəsinin təbii zənginliyi gündən-günə azalır.

  Bioloji müxtəliflik təkcə növlərin müxtəlifliyi deyil,o,bütün canlı aləmin yaşayıb inkşaf etməsinə imkan verən  əlamətlərin cəmindən ibarətdir.Ona görə də indiki və gələcək nəsillər üçün bioloji müxtəliflik misilsiz milli sərvətdir.Lakin son illərdə insanların fəaliyyəti nəticəsində ,ekosistemlər deqredasiyaya uğramış ,bir çox növlər isə məhv olmuş  və ya onların sayı kəskin azalmışdır.Bioloji müxtəlifliyin belə sürətlə itkisi Yer kürəsində həyatın özünü təhlükədə qoymaqla faciəyə səbəb ola bilər.Azərbaycanda nadir və  nəsli kəsilmək təhlükəsi ilə üzləşən vəhşi heyvan və yabanı bitki növlərinin  vəziyyətini əks etdirən "Qırmızı Kitab"rəsmi dövlət sənədi sayılır.Hazırda ölkəmizdə 14000 növ həşərat ,360 növ quş, 99 növ məməli,123 növ balıq ,9 növ suda-quruda yaşayan,54 növ sürünən var.Onların sırasına 14 məməli növü,36 quş növü ,5 balıq növü ,13 amifibi və reptili növü ,40 həşərat növü daxildir.


Bitkilərin dəyərli qida və xammal olması ilə yanaşı,onlar həyatımızı bəzəyir,bizə hətta sevinc gətirir.

Bitkilər çox müxtəlifdir.Onlar yer kürəsinin hər yerində ,hətta susuz səhralarda,bataqlıqlarda ,dəniz  və okeanlarda ,göllərdə,çaylarda geniş yayılmışdır.İlin isti fəsillərində Arktika və Antarktikada da bitkilərə təsadüf etmək olur.Azərbaycanın düzən rayonlarından başlamış hündür dağ zonalarına qədər bütün ərazisi müxtəlif növlü bitkilərlə zəngindir. 

    Bitkilərin əksəriyyəti yaşıl rəngdədir.,lakin yaşıl olmayan bitkilərə də təsadüf edilir.Təbiətdə yaşıl bitkilərin əhəmiyyəti çox böyükdür.Bitkilərin yaşıl yarpaqlarında gedən  fotosintez prosesi zamanı  ,bütün canlıların tənəffüsü üçün zəruri olan oksigen xaric olunur ,havadakı karbon qazı isə udulur.Heyvanların əksəriyyəti  bitkilərlə qidalanır.Ətlə qidalanan yırtıcı heyvanların həyatı da bitkilərdən aslıdır,çünki onlar bitki yeyən heyvanlarla qidalanır.Deməli,əksər canlıların ,həmçinin insanın da qidasının ilk mənbəyi  yaşıl bitkilərdir.İnsanların təsərrüfat fəaliyyəti  canlı təbiətə elə güclü təsir göstərir ki,bunun da nəticəsində canlı orqnizmlərin bir çox növü yer üzündən yox olur,bəzi növlərin isə yox olmaq təhlükəsi yaranır.

                                               








Комментариев нет: