воскресенье, 22 апреля 2012 г.

  YER GÜNÜ

Yer günü (Earth day) yazda  yer planetindəki incə və həssas ətraf mühitə  qarşı insanların diqqətini cəlb etmək üçün keçrilən bir sıra müxtəlif  fəaliyyətləri nəzərdə tutur .Yer günü bu bir vətəndaş təşəbbüsüdür.
Bura müxtəlif insan qurupları orqanları aiddir.Yer günü 2 əsas vaxtda   keçrilir: martda yaz gecə-gündüz bərabərliyində və aprelin 22-də...
Yer günü ilk dəfə ABŞ-da 1970-ci ildə aprelin 22-də aksiya şəklində keçrilib,o dövürdən də müntəzəm xarakter alıb aktiv şəkildə keçrilir.ABŞ-da ətraf mühitin qorunması barədə bir sıra qanunlar və aktlar qəbul olunur.Buna misal təmiz hava haqqında məşhur aktdır.                            
2009-cu ildə  BMT  22 aprelin dünya günü kimi qeyd olunmasını elan etdi.
Dünyada planeti idarə edən dövlət yoxdur.Ona görə də dünya bayrağı rəsmi rəmz  deyil.Bu bayraq yer kürəsini “Apollon-17”-nin astronoftlarının aya səyahəti zamanı  çəkilmiş ağ-qara şəkildən ibarətdir.Yer günü rəmzi isə ağ fonda yaşıl rəngli yunan hərfi Θ(Teta)-dır.
Bu gün də müxtəlif ölkələrdə adətə görə zınqırovlar səsləndirilir.Bu zəng insanları birliyə,sülhə,bizim ümumi evimiz olan Planetin gözəlliyini qorumağa çağırır.                                                                    


                                                                                     

                                    

Azərbaycan təbiəti haqqında ümumi məlumat 

         Azərbaycanın təbiəti – Azərbaycan Respublikasının tarixi-coğrafi mövqeyi, relyefi, su hövzələri, flora və faunasını əhatə edir..

Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır.Antik müəlliflər Herodot ,Polibi, Strabon, Klavdi,Ptolomey  və b. öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, çayları, yaşayış məntəqələri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi, onun heç bir dənizlə əlaqəsi olmaması və s. haqqında məlumtalar vermişlər. Daha sonralar ərəb coğrafiyaşünasları və səyyahlarından İbn Xordadbeh, Əbu-İshaq İstəxri , Azərbaycan alimi Məhəmməd Naxçıvani , İran alimi Rəşidəddin Fəzlullah  və b. əsərlərində Azərbaycanın iqtisadiyyatı, inzibati bölgüsü, dağ və çayları, şəhərləri, onların arasındakı məsafələr, ticarət yolları və s. haqqında yazmışlar. Alban (Qafqaz) tarixçisi Musa Kalankatlı  "Alban tarixi" əsərində Albaniyanı şöhrətli, təbiəti zəngin və əhalisi çox olan ölkə kimi təsvir etmiş, orada çoxlu məhsuldar torpaqların, gözəl bağların və yaşıl çöllərin olmasını göstərmişdir. Venesiyalı F.Mauronun dünya xəritəsində , Əlşərifin , alman alimi və səyyahı A.Olearinin  xəritələrində, həmçinin I Pyotrun tapşırığı ilə tərtib olunmuş və 1723-cü ildə nəşr edilmiş "Şərqi Zaqafqaziya və Xəzər dənizi" xəritəsində Azərbaycanın yaşayış məntəqələri, gölləri, çayları və s. göstərilmişdir.
Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi Azərbaycanın iqlimi, Bakının təbiəti və burada neft çıxarılması, Hacı Zeynalabdin Şirvani və Abbasqulu ağa Bakıxanov Azərbaycanın coğrafiyası haqqında fikir söyləmişlər.
Azərbaycan ərazisinin öyrənilməsində həmçinin V.Abix, İ.Fiqurovski, A.Zaxarov və başqalarının xidməti olmuşdur.
Azərbaycan Respublikasının ərazisinin kompleks tədqiqinə isə Sovet hakimiyyəti illərində başlanmış, müxtəlif miqyaslı xəritələr tərtib edilmiş, samballı coğrafi atlaslar yaradılmışdır. Respublika ərazisinin hərtərəfli öyrənilməsində Azərbaycan Milli Elmlər Akademiyasının rolu böyükdür.
Qədim Azərbaycan torpağı Ön Asiyada yerləşir və Qafqaz dağlarının cənub-şərq hissəsindən Urmiya gölünün cənub və cənub-şərqindəki dağlıq ərazilərə qədər olan sahələri əhatə edir. Onun sahəsi 200 min kvadrat km-dən artıqdır.Azərbaycan bütövlükdə şimal yarımkürəsində yerləşir. İspaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya təqribən Azərbaycanla eyni coğrafi enlikdədir. Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühim beynəlxalq əhəmiyyətli yollar Azərbaycan ərazisindən keçir.Respublikanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə isə 500 km məsafədə uzanır, 38°25' - 41°55', şimal enliklər və 44°50' - 50°51' şərq uzunluqları arasında yerləşir.



       
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən!
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
                              Azərbaycan, Azərbaycan!                              
                                             
Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır;
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.


Sıra dağlar, gen dərələr,
Ürək açan mənzərələr…
Ceyran qaçar, cüyür mələr,
Nə çoxdur oylağın sənin!
Aranın, yaylağın sənin


 Sarı sünbül bizim çörək,
 Pambığımız çiçək-çiçək,
 Hər üzümdən bir şirə çək
 Səhər-səhər acqarına,
Qüvvət olsun qollarına.
   
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan;
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.


Ölməz könül, ölməz əsər,
Nizamilər, Füzulilər!
Əlin qələm, sinən dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır.
      
Bir dön bizim Bakıya bax,
Sahilləri çıraq-çıraq,
Buruqların hayqıraraq
Nərə salır boz çöllərə,
Işıqlanır hər dağ, dərə


Gözəl Vətən! O gün ki, sən
Al bayraqlı bir səhərdən
Ilham aldın… yarandım mən.
Gülür torpaq, gülür insan
Qoca Şərqin qapısısan!
                                                              Səməd Vurğun...






Комментариев нет: